Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:16.12.2021 13:56:47

Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.

“Ümid edirəm ki, bəxtimiz gətirər, zəif komandalarla düşərik”.

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov Millətlər Liqasının 2022/23 mövsümünün bu gün keçiriləcək püşkatması barədə danışarkən deyib.

53 yaşlı mütəxəssis C liqasında yer alan komandamızın zəif rəqiblərlə qarşılaşmasını arzulayır: “Düzdür, indi zəif komanda yoxdur. DÇ-2022-nin seçmə mərhələsində topladığımız 1 xal çox az idi. Ona görə istəyirəm elə komandalar düşsün ki, onlardan xal ala bilək. Bir az bəxt də lazımdır”.

 

Qasımov millimizin potensial rəqibləri arasında ən münasiblərini də seçib: “Birinci səbətdəki komandaların hamısı güclüdür. Ancaq oradan Bolqarıstanın qrupumuza düşməsi yaxşı olar. Digərləri ilə müqayisədə millimiz onlarla görüşə rahat çıxıb oynayar. Türkiyənin necə güclü heyətə malik olduğunu bilirik. İkinci səbətdən Belarus, sonuncudan isə Farer adaları bəxtimizə düşsə, əla olar. Çünki onlarla müqayisədə Yunanıstan, Şimali Makedoniya, Kipr güclüdürlər. Düzdür, son vaxtlar millimizin oyunu elə də yaxşı alınmır. Bu səbəbdən nisbətən zəiflərlə düşsək, xal qazandıqca futbolçularda özünəinam yaranacaq”.

Yığmanın sabiq məşqçisi hazırkı çalışdırıcı Canni de Byazi ilə müqavilənin yenilənməsinə və komandamızın Millətlər Liqasındakı şansına da toxunub: “Püşkatmanın nəticəsi ürəkaçan olsa, şans həmişə var. Yığmamızda futbol oynamağı bacaran uşaqlar var. Sadəcə, geridə qalan tsikl bizim üçün yaxşı alınmadı. O ki qaldı Canni de Byazinin postunda qalmasına, indiki durumda başqa məşqçi gətirməkdənsə, onun işinə davam etməsi daha yaxşı idi. De Byazi artıq futbolçuları tanıyır, bu baxımdan təcrübəsi var. Keçən seçmə mərhələdə gördük ki, komandanı formalaşdırmaqda çətinlik çəkir, hər dəfə yeni oyunçuları sınayır. Amma məncə, Millətlər Liqasında optimal heyət qura biləcək”.

Qeyd edək ki, Azərbaycan yığması bu gün baş tutacaq püşkatma zamanı C liqasının 3-cü səbətində yer alacaq.


"Zəif komandalarla düşsək, futbolçularımızda özünəinam yaranar"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ