Ərdoğan İraqa səfər edib

Ərdoğan İraqa səfər edib
Yayınlanma tarixi: 4/22/2024 10:48:49 AM

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqda rəsmi səfərdədir.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, o, Bağdad Beynəlxalq Hava Limanında İraq Baş naziri Məhəmmə Şia əs-Sudani və digər rəsmilər tərəfindən qarşılanıb.

Türkiyə prezidentini geniştərkibli nümayəndə heyəti müşayiət edir.

1-günlük səfər zamanı Ərdoğan İraq Baş naziri Məhəmməd Şia əs-Sudani və prezidenti Əbdül Lətif Raşid ilə görüşlər keçirəcək.

Ərdoğan və əs-Sudaninin görüşünün yekununda birgə mətbuat konfransı keçiriləcək və ikitərəfli sazişlərin imzalanması tədbiri baş tutacaq.

Ərdoğan səfər çərçivəsində İraq Kürdüstanının paytaxtı Ərbil şəhərinə də gedəcək.

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM