Gürcüstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Yayınlanma tarixi: 16.03.2024 14:14:44

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

İslamazeri.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş nazirini Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər qarşıladılar.

Gürcü nazir şəhidlər xiyabanı və fxri xiyabanı ziyarət edib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə görüşüb.

Söhbətin əsas mövzuları iki ölkənin strateji tərəfdaşlığının əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq olub.

Əli Əsədov İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və hökumət başçısı kimi onun Bakıya ilk rəsmi səfərinin əhəmiyyətini vurğulayıb.

Görüşdə ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə və birgə regional layihələrə diqqət yetirilib. Orta dəhlizin, o cümlədən yüklərin daşınması baxımından əhəmiyyəti qeyd edilib. Tərəflər iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində iki ölkənin hökumətlərarası iqtisadi komissiyasının xüsusi rolundan danışıb və görüşün yaxın vaxtlarda keçirilməsinin planlaşdırıldığını qeyd ediblər.

Regionda sabitliyin və sülhün bərqərar olmasının xüsusi əhəmiyyəti və bu prosesdə konstruktiv dialoqun rolu vurğulanıb. Baş nazir Gürcüstan hökumətinin Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi prosesinə töhfə verməyə davam etməyə hazır olduğunu təsdiqləyib.

İrakli Kobaxidze Əli Əsədovu Gürcüstana rəsmi səfərə dəvət edib.

Məlumatı Kobaxidzenin mətbuat xidməti yayıb.

GÜNÜN MANŞETLERİ