İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei dünən səhər saatlarında İran Silahlı Qüvvələrinin komandirləri ilə görüşüb.
İslamazeri.com xəbər verir ki, Ayətullah Xamenei İran Silahlı Qüvvələrini sionist rejimə qarşı son əməliyyata görə tərifləyərək dedi:
"Allahın izni ilə silahlı qüvvələrimiz sübut etdi ki, İran xalqının iradəsi beynəlxalq arenada özünü göstərərək, onun imkan və qüdrətinin gözəl görüntüsünü, eləcə də İran xalqının təqdirəlayiq simasını nümayiş etdirdi.".
Ali Baş Komandan Ayətullah Xamenei İran İslam Respublikasının Ordu Günü və İnqilab Keşikçiləri Ordusunun yaranmasının ildönümünü qeyd edərkən vurğulayıblar:
"Silahlı qüvvələrin son uğurları dünya və müşahidəçilərin nəzərində İslami İranla bağlı əzəmət hissi yaradıb. Atılan raketlərin sayı və ya qarşı tərəfin hədəfi vurmağa diqqət yetirdiyi raketlər məsələsi ikinci dərəcəli məsələdir və əsl məsələ qarşı tərəfin narahatlığına səbəb olan İran milləti və onun silahlı qüvvələrinin iradəsinin beynəlxalq aləmdə ortaya çıxması və sübutudur.".
Ayətullah Xamenei Silahlı Qüvvələrin hərəkətlərində ehtiyatlı olmağı yüksək qiymətləndirərək deyib:
“Müxtəlif hadisələr xərc və qazancla bağlıdır və planlaşdırma yolu ilə xərcləri azaltmaq və qazancları artırmaq vacibdir. Silahlı qüvvələr son hadisələrdə bu işi yaxşı bacarıb”.
İran İslam İnqilabının Rəhbəri İnqilab Keşikçiləri, ordu və polis qüvvələrinin səy və fəaliyyətlərini təqdir edərək, Silahlı Qüvvələrin öz yenilik və inkişaflarına arxalanan düşmənlər və düşmənçiliklərlə mübarizə səylərini davam etdirməli olduğunu vurğulayaraq bildirib;
“Bir an belə dayanmamalıyıq, çünki dayanmaq geridə qalmaq deməkdir. Bununla belə, düşmənin yeni hazırladığı silah və üsullarla tanış olmaq daim gündəmdə olmalıdır.".
Ayətullah Xamenei vurğulayıb ki, İran millətinin ləyaqəti dünyanın nəzərində önə çıxmalıdır:
“Allaha qarşı yaxşı niyyətli olun və yaradıcı, bacarıqlı və qüdrətli qüvvələri tanımaqda Ona təvəkkül edin və bilin ki, möminləri müdafiə etməkdə Allahın vədi qəti və mütləqdir”.
Ayətullah Xamenei bu görüşdə həmçinin İnqilab Keşikçiləri, Ordu və Polis komandirlərinin ailələrinə xüsusi təşəkkür edərək bildirib ki, əsl iş yükü bu çətinliklərə dözən silahlı qüvvələrin şəxsi heyətinin ailə və uşaqlarının çiyninə düşür.