Tramp qısamüddətli həbsdən sonra zaminə buraxılıb

Tramp qısamüddətli həbsdən sonra zaminə buraxılıb
Yayınlanma tarixi: 8/25/2023 10:13:04 AM

Tramp Corciya ştatının Fulton qraflığının həbsxanasına gedib.

İslamazeri.com xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp hakimiyyətə təslim olmaq və seçkilərə müdaxilə işi üzrə rəsmi həbs prosedurundan keçmək üçün Corciya ştatının Fulton qraflığının həbsxanasına gedib.

Donald Tramp həbs edilib və daha sonra girov müqabilində Corciya ştatındakı Fulton həbsxanasından sərbəst buraxılıb.

Trampın girov məbləğinin 200 min dollar təşkil etdiyi, təxminən 20 dəqiqə həbsdə olduğu, orada onun şəklinin də çəkildiyi bildirilib.

Xatırladaq ki, Corciya rəhbərliyi Trampı ştatda 2020-ci ildə keçirilmiş prezident seçkilərinə müdaxilə etməkdə ittiham edir. Tramp ölkənin hazırkı prezidenti Cozef Baydenə uduzduğunu inkar edib və bu ştatda səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib.

GÜNÜN MANŞETLERİ

General: Trampın koalisiyasına qoşulmaq Titanikə bilet almaqdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

General: Trampın koalisiyasına qoşulmaq Titanikə bilet almaqdır

3/17/2026 10:49:26 PM
İsrail Livanda 111 uşağı qətlə yetirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda 111 uşağı qətlə yetirib

3/17/2026 5:30:01 PM