İsraildə Netanyahuya qarşı etirazlar davam edir

İsraildə Netanyahuya qarşı etirazlar davam edir
Yayınlanma tarixi: 10.12.2023 13:09:22

Təl-Əvivdə yüzlərlə insan sionist rejimin baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi hökumətə etiraz etmək üçün toplaşıb.

İslamazeri.com xəbər verir ki, Təl-Əvivin mərkəzindəki Həbimə meydanına toplaşan yüzlərlə hökumət əleyhinə nümayişçi Girovlar Meydanına doğru yürüş edib.

Netanyahu əleyhinə pankartlar daşıyan nümayişçilər korrupsiyada ittiham etdikləri hökuməti istefaya çağırıblar.

Digər tərəfdən, Qərbi Qüdsün Paris meydanında toplaşan başqa bir müxalif israilli də Netanyahu hökumətinə qarşı şüarlar səsləndirib.

Ölkənin şimalındakı Qeysəriyyə şəhərində toplaşan bir qrup nümayişçi Netanyahunu istefaya çağıraraq onun iqamətgahına doğru hərəkət edib.

Nümayişçilər "Utan!", “Qatil Netanyahu”,  "Çıx get, əli qanlı, zalım adam" kimi şüarlar səsləndiriblər.

79 yaşlı Veronika Koen Qəzza vətəndaşlarının fotoşəkilləri və "Onların hamısı bizim övladlarımızdır" yazısı ilə "Netanyahu hökumətinə güvənmədiyini" deyib.

Qəzzada uşaqların öldürülməsinin "ürəyini qırdığını" ifadə edən Koen, Qəzzada saxlanılan israilli məhbusların geri qaytarılmasının hökumətin prioriteti olması lazım olduğunu vurğulayıb.

GÜNÜN MANŞETLERİ