Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:1.02.2022 16:21:58

Sadıqov xatırladıb ki, futbolçu nəslinin kəsilməyə doğru getdiyini 5 il əvvəl də söyləyib.

"Get-gedə Azərbaycanda futbolçu nəsli kəsilir".

İslamazeri.com xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov İctimai TV-də yayımlanan "Bol idman" verilişində deyib.

40 yaşlı mütəxəssis aşağı yaş qruplarında vəziyyətin yaxşı olmadığını vurğulayıb: "Elə yaş qruplarımız var ki, adlarını çəkmək istəmirəm. Gedib kənardan baxır və fikirləşirsən ki, 6-7 ildən sonra bizi nə gözləyir? 6-7 il sonra nə edəcəyik? Bunlar qarşılıqlı müzakirəyə çıxarılmalıdır. Bu sahədə daha savadlı ekspertlərimiz kimdirsə, onlarla müzakirə olunmalıdır. Lazımdırsa, beynəlxalq mütəxəssislər dəvət olunmalı, bir çıxış yolu tapılmalıdır. Bu gün gedən proseslər göstərir ki, bu, çıxış yolu deyil. Bizim futbolçu nəslimiz kəsilir".

Sadıqov xatırladıb ki, futbolçu nəslinin kəsilməyə doğru getdiyini 5 il əvvəl də söyləyib: "2017-ci ilin dekabrında İtaliyada "Roma"nın U-19 komandasına qarşı UEFA Gənclər Liqasının son tur oyunundan sonra açıqlamamda söyləmişdim ki, bəzi mövqelərdə futbolçu nəslimiz kəsilir. Müxtəlif mövqelər var ki, artıq ora futbolçu gəlmir. Bəzi milliləşmiş oyunçuların, "Qarabağ", "Neftçi" və "Qəbələ"nin yetirmələrinin hesabına bu gün millimizdə müəyyən 15 - 20 futbolçu var. Yaxşı ki, onlar son dönəmlərdə ortaya çıxıb. Amma geri boylananda görürsən ki, 6-7 ilə çox ciddi futbolçu qıtlığımız olacaq, 4-5 ötürməni ardıcıl verə bilməyən futbolçularla meydana çıxacağıq. Bu səbəbdən, nələrsə etmək lazımdır".


Rəşad Sadıqov: "Get-gedə Azərbaycanda futbolçu nəsli kəsilir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ