Əraqçi: Siyasi böhranın hərbi həlli yoxdur.
İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi vurğulayıb ki, Hörmüz boğazındakı hadisələr hərbi həllin mümkün olmadığını göstərir.
İran xarici işlər naziri Seyid Abbas Əraqçi şəxsi sosial media hesabında yazıb: “Hörmüz boğazındakı hadisələr siyasi böhranın hərbi həllinin olmadığını açıq şəkildə göstərir”.
Əraqçi həmçinin bildirib ki, “Pakistanın səyləri sayəsində danışıqlar irəliləyiş əldə etsə də, ABŞ zərərli aktyorlar tərəfindən yenidən bataqlığa sürüklənməmək üçün diqqətli olmalıdır; eyni şey Birləşmiş Ərəb Əmirliklərinə də aiddir. “Azadlıq layihəsi” əslində “sonu görünməyən bir layihədir”.