İran neft tankeri ABŞ blokadasını pozaraq Uzaq Şərqə çatıb.
İslamazeri.com xəbər verir ki, ABŞ-ın dəniz blokadasına baxmayaraq, İranın bir neft tankeri 1,9 milyon barel neftlə Uzaq Şərqə çatıb. Bundan əlavə, son məlumatlara görə, 13 apreldən bəri Hörmüz boğazından İranla əlaqəli 81 gəmi keçib.
Əl-Cəzirənin məlumatına görə, TankerTrackers məlumat bazası 1,9 milyon barel neft daşıyan İran neft tankerinin ABŞ dəniz blokadasını aşaraq Uzaq Şərqə çatmağı bacardığını bildirib.
Əl-Cəzirənin veb saytında dəniz naviqasiya mərkəzi məlumatlarının təhlilinə əsaslanan başqa bir hesabatda göstərilir ki, ABŞ-ın İran limanları ilə əlaqəli gəmilərə qarşı dəniz blokadası 13 apreldə başlayandan bəri 145 gəmidən 81-i blokadanı pozaraq Hörmüz boğazından keçib. Bu, ümumi gəmilərin təxminən 56 faizini təşkil edir.
Marinetraffic platformasının təhlili göstərir ki, 53 gəmi Hörmüz boğazından keçərək ABŞ blokadasını pozub. Bu gəmilər ya İran limanlarından çıxıb, ya da yolda olub və İran bayrağı altında üzürdülər. Bu gəmilərdən 11-i ABŞ-ın sanksiya siyahısındadır.