Kolumbiya Prezidentindən etiraf: Minlərlə kolumbiyalı Ukraynada muzdlu döyüşür
İslamazeri.com xəbər verir ki, Kolumbiya Prezidenti Qustavo Petro sosial media paylaşımında, minlərlə Kolumbiya vətəndaşının Ukraynada muzdlu döyüşdüyünü etiraf edib.
Petro yazıb: "Hərbi təlim keçmiş 7000 kolumbiyalı Ukraynada başqasının müharibəsində döyüşür və mənasız şəkildə ölür" və əlavə edib:
"Biz ölüm ixracatçısı olmaq istəmirik".
Kolumbiyada muzdlu işin qadağan olduğunu xatırladan Petro, ölkənin Muzdluların İşə Qəbuluna Qarşı Konvensiyanı imzaladığını qeyd edib.
Petro əvvəllər Rusiyanın Boqotadakı səfiri Nikolay Tavdumadzenin Ukraynaya gedən kolumbiyalıların sayının çox olması ilə bağlı açıqlaması kontekstində muzdlu işi "ölkəni soymaq" kimi təsvir etmişdi.
Rusiya dəfələrlə Kiyev rejiminin külli miqdarda pul vədləri ilə sıralarına cəlb edilən xarici muzdluları "xərclənə bilən" kimi istifadə etdiyini qeyd edib.