İranın maye qazını daşıyan XAVIA gəmisi ABŞ-ın blokadasını yarıb

İranın maye qazını daşıyan XAVIA gəmisi ABŞ-ın blokadasını yarıb
Yayınlanma tarixi: 5/5/2026 10:00:17 AM

İranın maye qazını daşıyan XAVIA gəmisi ABŞ-ın blokadasını yarıb.

İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, İrandan mayeləşdirilmiş neft qazı (LPG) yükləyən XAVIA gəmisi ABŞ dəniz blokadasını pozub.

TankerTrackers dəniz izləmə platformasında paylaşılan məlumata görə, ABŞ sanksiyalarına məruz qalan XAVIA (9052331) gəmisi üç həftə əvvəl İranın Əsəluyə limanında yükünü yükləyərkən aşkar edilib. O, sonuncu dəfə iki gün əvvəl Omanın Sohar sahillərində Avtomatik İdentifikasiya Sistemi (AIS) yerində görülüb.

Dünən İran supertankerinin ABŞ-ın dəniz blokadasını aşaraq Asiya-Sakit okean regionuna təxminən 220 milyon dollar dəyərində neft çatdırdığı bildirilib.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 13 apreldə Türkiyə vaxtı ilə saat 17:00-da İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə dəniz blokadası tətbiq edəcəyini açıqlayıb.

GÜNÜN MANŞETLERİ