Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.07.2022 15:25:10

İyulun 22-də Gürcüstan Patriarxının iqamətgahında orden Allahşükür Paşazadəyə təqdim olunub.

İslamazeri.com-un verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın “Dostluq” ordeni ilə təltif olunub.

Məlumata əsasən, iyulun 22-də Gürcüstan Patriarxının iqamətgahında orden Allahşükür Paşazadəyə təqdim olunub.

Bildirilib ki, Gürcüstan Pravoslav Kilsəsi QMİ sədrini xüsusi mükafata şeyxülislamlıq fəaliyyətinin 40-cı ildönümü, habelə gürcü və Azərbaycan xalqları arasında əlaqələrin möhkəmlənməsinə verdiyi xüsusi töhfələrə görə layiq görüb.

Patriarx II İlya Allahşükür Paşazadəni təbrik edib, onun şüyxülislamlıq fəaliyyətini, xalqlarımız arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərini xüsusi qeyd edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

II İlya deyib: “Gürcüstan-Azərbaycan dostluğunu və qardaşlığını heç kim poza bilməz. Bu dostluq toxunulmaz və əbədidir”.

A.Paşazadə onu “Dostluq” ordeninə layiq gördüklərinə görə II İlyaya və Gürcüstan Pravoslav Kilsəsinə minnətdarlığını bildirib.
Şeyxülislam deyib: “Mən bir çox mükafatlar almışam, lakin yaxın dostumun əlindən “Dostluq” ordenini almaq mənim üçün böyük şərəfdir. Bu orden, həmçinin Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasındakı yüksək səviyyəli münasibətlərin, qardaşlığın, II İlya həzrətlərinin böyüklüyünün və ağsaqqallığının bariz nümunəsidir”.
A.Paşazadə II İlyanı Azərbaycana, işğaldan azad olunan Qarabağ torpaqlarına səfərə dəvət edib. Bildirib ki, Azərbaycan 30 il əvvəlki simasını tam dəyişib, inkişaf edib və daha da gözəlləşib. Qarabağda quruculuq işləri görülür. Qafqazın ağsaqqalı kimi sizin Azərbaycana yenidən səfər etməyiniz və xeyir-dua verməyinizi istəyirəm.

Mərasimdə Gürcüstan Pravoslav Kilsəsinin yepiskopu Mitropolit Şio, ruhanilər, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, QMİ sədrini müşayiət edən nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Qeyd edək ki, ordenin üzərində şam, küknar və kiparisdən kəsilərək yonulmuş üç əsadan cücərən möcüzəvi ağac -Allahın insanlara verdiyi rəhmət, sülh və xeyir-dua əlaməti və rəmzi kimi təsvir edilib.


QMİ sədri Gürcüstanın “Dostluq” ordeni ilə təltif olunub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ