Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:10.12.2021 13:22:40

Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatı matçlarında biabırçılıqlar davam edir.

İslamazeri.com APA-ya istinadla xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarları bir çox rüsvayçılığı ortaya çıxarıb.

Futzal üzrə İkinci Liqanın “Atletiko Baku” - “Baku Fire-3” oyununda birincilərin baş məşqçisi Zaur Səmədov texniki zonadan qovulduqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyunluq cəzaya məruz qalıb.

U-16 Liqasının “Zirə” - “Neftçi” İK İB görüşü bitdikdən sonra isə “Neftçi”nin çalışdırıcısı Şahin Şahhüseynli məşqçiliyə yaraşmayan davranışla diqqət mərkəzinə düşüb. O, referilərin ünvanına təhqir yağdırdığı üçün onun barəsində də eyni cəza tətbiq olunub.

Həmkarlarından geri qalmayan U-11 Liqasında çıxış edən UGİM-in (Xaçmaz) məşqçisi Tural Cəlilov “Metak”la qarşılaşmada hakimi söydüyündən, 3 oyunluq cəzalandırılıb.

Qalmaqallı hadisə Region Liqasından yenə yan ötməyib. “Göyəzən” - “Qoşqar” UGİM-2 (Gəncə) oyununda ev sahiblərinin futbolçusu Anar İmamquliyev hakimi təhqir etməsi səbəbindən komandasının qarşıdakı 4 matçını buraxacaq.

Futzal üzrə Yüksək Liqanın “Alyans” FK - “Neftçi” İK oyununda “Neftçi”nin oyunçusu Adil İsmayılov, Birinci Liqanın “Dəstə Ordubad” - “Alyans Qrup” görüşündə isə “Dəstə Ordubad”ın üzvü Nəriman Dadaşov komanda yoldaşını təhqir edib. Bu, hər iki futzalçının 3 oyunluq diskvalifikasiyasına səbəb olub.


“Neftçi”nin məşqçisi 5 oyunluq diskvalifikasiya olunub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ