Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:21.09.2022 09:52:26

İran və Fransa prezidentləri BMT Baş Assambleyası sessiyasının kənarında görüşüblər.

İslamazeri.com xəbər verir ki, BMT Baş Assambleyasının yetmiş yeddinci sessiyasında iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyətilə Nyu-Yorkda səfərdə olan İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bu gün Fransa prezidenti Emmanuel Makronla görüşüb.

İran İslam Respublikasının prezidenti bundan öncə də Fransa prezidentilə telefon söhbətində ABŞ hökumətinin öhdəlikləri dəfələrlə pozmasına, həmçinin nüvə anlaşmasına üzv üç Avropa ölkəsinin bu beynəlxalq anlaşmadakı öhdəliklərinə sadiq qalmamasına işarə ilə demişdi ki, Amerika yeni sanksiyalar tətbiq etməklə öz öhdəliklərini aşkar surətdə pozub.

Həm Amerikanın, həm də avropalıların nüvə anlaşmasındakı öhdəliklərinə riayət etməli olduqlarını diqqətə çəkən Rəisi vurğulamışdı ki, hər bir müzakirədə İran xalqının hüquq və maraqları təmin edilməlidir.

İran prezidenti həmçinin CBC informasiya kanalının «Altmış dəqiqə» proqramı ilə müsahibədə demişdi: Yaxşı və ədalətli razılaşmaya nail olmaqda ciddiyik, amma Amerikanın bu anlaşmadan çıxa bilməyəcəyinə bir zəmanət mövcud olmalıdır.

Rəisi həmin müsahibədə vurğuladı ki, amerikalılar əhdi pozdular.


İran və Fransa prezidentləri arasında görüş baş tutub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ