Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:7.12.2021 15:24:14

Böyük Mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Şəhristani İran Parlamentinin Səhiyyə Komissiyasının sədri Hüseyn Əli Şəhriyarini qəbul edib.

İslamazeri.com "Az.shafaqna.com"a istinadən xəbər verir ki, görüşdə ölkədəki səhiyyə sahəsindəki məsələlər müzakirə olunub.

Görüşdən sonra İran Parlamentinin Səhiyyə Komissiyasının sədri və üzvləri Böyük Mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Şəhristaninin inşa olunan “Nur” xəstəxana kompleksinə baxış keçiriblər.

Hüseyn Əli Şəhriyari görüş zamanı bildirib ki, bu xəstəxana kompleksi ölkədə ən unikal və möhtəşəm səhiyyə binalarından biridir.

“Mən demək olar ki, ölkədə heç bir xəstəxanada  bu layihənin tikintisində və tikinti texnikasında yüksək standartlara riayət olunmasını müşahidə etməmişəm və bu, dini mərcəiyyətin insanların sağlamlığına qayğı və həssaslığını göstərir.”, -deyə İran Parlamentinin Səhiyyə Komissiyasının sədri Hüseyn Əli Şəhriyari qeyd edib.

Qeyd edək ki, “Nur” xəstəxana kompleksi İranın Qum şəhərində inşa olunur və çox böyük əraziyə, konfrans salonu, yataqxana, məktəb, vertolyot eniş etməsi üçün meydan sahəsi və s. imkanlara malikdir.


İran rəsmiləri Ayətullah Sistaninin nümayəndəsinin inşa etdirdiyi xəstəxana kompleksində olublar - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Nazirlik: Bu il 802 min şəxsə sosial müavinət və təqaüd ödənilib
    Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz çox olmaqla 465 mln. manat, Prezident təqaüdləri üzrə 27 faiz çox olmaqla 308 mln. manat ödənildiyi bildirilib.
     17.08.2022
    Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınların söndürülməsi davam etdirilir
    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
     17.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ