Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.08.2022 12:16:54

Avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata əsasən, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35% olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturuna gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 29-30° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacaq.


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ