Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:13.08.2022 10:25:40

Medallardan 9-u qızıl, 12-si gümüş, 14-ü bürünc əyarlıdır.

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 8-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 35-ə yüksəlib.

İslamazeri.com xəbər verir ki, medallardan 9-u qızıl, 12-si gümüş, 14-ü bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci yerdə qərarlaşıb. İlk 4 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 137 (48 qızıl, 48 gümüş, 41 bürünc), İran 56 (22 qızıl, 18 gümüş, 16 bürünc), Özbəkistan 53 (18 qızıl, 14 gümüş, 21 bürünc), Qazaxıstan 36 (12 qızıl, 5 gümüş, 14 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 39-u medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə - güləş (6 qızıl, 6 gümüş, 6 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.


Azərbaycan İslamiadada medal sıralamasında 5-cidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ