Trampdan növbəti geri addım: İranla atəşkəsi uzatdı

Trampdan növbəti geri addım: İranla atəşkəsi uzatdı
Yayınlanma tarixi: 4/22/2026 10:11:11 AM

Trampdan növbəti geri addım: İranla atəşkəsi uzatdı

İslamazeri.com xəbər verir ki, Tramp, əvvəlki mövqeyindən və təhdidlərindən açıq şəkildə geri çəkilərək, İranla atəşkəsi uzadıb.

Tramp, əvvəlki mövqeyini açıq şəkildə dəyişdirərək, “İran təklifini təqdim edənə və danışıqlar bir şəkildə nəticələnənə qədər atəşkəsi uzadacağıq” yazıb.

Tramp sözünə davam edərək, “Silahlı qüvvələrimə (dəniz) blokadasını saxlamağı və tam təchiz olunmuş və hərəkətə keçməyə hazır olmağı əmr etdim” deyib.

O, həmçinin iddia edib ki, “Bizdən Pakistan Ordusunun Baş Qərargah rəisi, marşal Asim Munirin və Pakistan Baş nazirinin xahişi ilə İrana hücumumuzu təxirə salmağımız istənildi”.

Tasnim xəbər agentliyinin məlumatına görə, Trampın atəşkəsin uzadılması barədə açıqlamasına baxmayaraq, İran hələlik mediaya bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib. İranın mövqeyi daha sonra rəsmi olaraq açıqlanacaq.

GÜNÜN MANŞETLERİ