İrandan ABŞ-a: Uduzan tərəf şərtləri müəyyən edə bilməz

İrandan ABŞ-a: Uduzan tərəf şərtləri müəyyən edə bilməz
Yayınlanma tarixi: 4/22/2026 10:42:18 AM

İrandan ABŞ-a: Uduzan tərəf şərtləri müəyyən edə bilməz

İslamazeri.com xəbər verir ki, İran Parlamenti sədrinin müşaviri Mehdi Məhəmmədi ABŞ prezidenti Donald Trampın atəşkəsin uzadılması ilə bağlı açıqlamasına sərt reaksiya verərək, "Uduzan tərəf şərtləri diktə edə bilməz" deyib. Bu arada İran silahlı qüvvələri "Əlimiz tətiyin üzərindədir" deyə bildirib.

İran Silahlı Qüvvələrinin döyüş əməliyyatlarına cavabdeh olan bölməsi olan Xatəmul-Ənbiya Mərkəzi Qərargahı ABŞ ilə gərginliklə bağlı açıqlama verib.

Sputnik-in məlumatına görə, açıqlamada aşağıdakılar yer alıb:

"ABŞ prezidentini və onun təcavüzkar komandirlərini təkrarlanan təhdidləri barədə xəbərdar edirik. Əlimiz tətiyin üzərindədir. İrana hücum baş verərsə, əvvəlcədən müəyyən edilmiş hədəfləri daha da güclü şəkildə vuracağıq."

Bu arada, İran Parlamenti sədri Məhəmməd Baqir Qalibafın müşaviri Mehdi Məhəmmədi ABŞ prezidenti Donald Trampın İranla müvəqqəti atəşkəsin uzadılması ilə bağlı açıqlamasına münasibət bildirib:

Məhəmmədi həmçinin bildirib ki, Vaşinqtonun atəşkəsin uzadılması qərarı İrana qarşı mümkün yeni hücumlar üçün vaxt qazanmaq məqsədi daşıyır.

GÜNÜN MANŞETLERİ