İsrail əsgərləri Qəzzada törətdikləri cinayətlər barədə danışdı - DƏHŞƏTLİ ETİRAFLAR

İsrail əsgərləri Qəzzada törətdikləri cinayətlər barədə danışdı - DƏHŞƏTLİ ETİRAFLAR
Yayınlanma tarixi: 4/21/2026 2:05:03 PM

İsrail əsgərləri Qəzzada törətdikləri cinayətlər barədə danışdı.

İslamazeri.com xəbər verir ki, İsrailin Haaretz qəzeti "dünyanın ən əxlaqlı ordusu" hekayəsini bir daha təkzib edən bir xəbərdə Qəzza zolağına hücumlarda iştirak edən İsrail əsgərlərinin şok etiraflarını dərc edib.

Əsgərlər mülki şəxsləri və onların əmlakını hədəf alan bir sıra qanun pozuntularını və müharibə cinayətlərini ətraflı izah ediblər.

Qəzetdə "dəhşətli" kimi təsvir edilən ifadələr yer alıb. Bir əsgər Fələstinli mülki şəxsin qəfəsə salındığını, paltarlarının soyundurulduğunu və pis rəftara məruz qaldığını danışıb.

Başqa bir əsgər üç uşağı olan yaşlı bir kişinin başına pulemyot güllələri atdığını etiraf edib.

İfadələrə görə, bu hərəkətlər cəzalandırılmayıb, əksinə, onlar komandirlər tərəfindən təsdiqlənib. Bir komandirin cəsədlərə tüpürdüyü və ağır təhqirlər etdiyi bildirilib.

Etiraflarda həmçinin müqavimət göstərməyən silahsız mülki şəxslərin öldürülməsinin təfərrüatları da yer alıb. Bunlara əlləri havaya qaldırılmış bir fələstinli kişinin güllələnməsi və sonradan hərbi hesabatın hadisəni "terrorçunun zərərsizləşdirilməsi" kimi qeyd etmək üçün dəyişdirilməsi daxil idi.

"Ran" adlı hava qüvvələri zabiti uşaqların öldürülməsinin hava hücumları planlaşdırılarkən əvvəlcədən məlum olduğunu, lakin bunun ordu üçün "artıq fərq yaratmadığını" bildirbi.

Hesabata görə, pozuntular yalnız qətllərlə məhdudlaşmayıb. Əsgərlər əsgərlər arasında əsl "müharibə qəniməti"nə çevrilən Fələstin qızılının, pulunun və məişət əşyalarının talan edilməsini təsvir ediblər. Evlərin sistematik şəkildə dağıdıldığı da qeyd edilib.

Hesabatda əsgərlərin yaşadığı psixoloji dağıntılar da açıqlanıb. "Yuval" adlı əsgər günahsız insanları öldürdüyünü anladıqdan sonra özünü "canavara çevrilmiş" kimi hiss etdiyini və intihar düşüncələri ilə mübarizə apardığını söyləyib.

"Maya" adlı qadın əsgər bildirib ki, edamlar və cəbhədəki məhbuslara qarşı pis rəftar qarşısında susmaq onu "çirkli və ikiüzlü" hiss etdirir.

İfadələr bu cinayətlərin açıq etiraflara baxmayaraq heç bir hüquqi və ya hərbi araşdırma olmadan baş verdiyini ortaya qoyub.

Bu vəziyyət İsrail ordusunun qapalı əməliyyat mexanizmləri və əsgərlərə Fələstin mülki əhalisinə qarşı aşılanan yanaşma ilə bağlı ciddi suallar doğurur.

GÜNÜN MANŞETLERİ