İran dövlət televiziyası hər hansı bir nümayəndə heyətinin Pakistanın paytaxtı İslamabada getməsi ilə bağlı iddiaları təkzib edib və danışıqların təhdidlər və pozulmuş vədlər altında aparılmayacağını bildirib.
İslamazeri.com xəbər verir ki, Tehran administrasiyası İran nümayəndə heyətinin İran və ABŞ arasında danışıqlarda iştirak etmək üçün Pakistana səfər edəcəyi ilə bağlı məlumatları qəti şəkildə rədd edib.
İran televiziyası çərşənbə axşamı verdiyi açıqlamada, hər hansı bir İran nümayəndə heyətinin Pakistanın paytaxtı İslamabada getməsi ilə bağlı məlumatları təkzib edib və nə əsas, nə də tabeliyindəki nümayəndə heyətinin hələ bölgəyə getmədiyini vurğulayıb.