Sədərək və Xocalı istiqamətindəki mövqelərimiz atəşə tutulub

Sədərək və Xocalı istiqamətindəki mövqelərimiz atəşə tutulub
Yayınlanma tarixi: 7/14/2023 10:30:06 AM

Azərbaycan Ordusunun Sədərək və Xocalı istiqamətindəki mövqeləri atəşə tutulub.

İyulun 13-ü saat 22:35-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən bölmələrinin mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələrindən atıcı silahlardan atəşə tutulub.

İslamazeri.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, iyulun 14-ü saat 01:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə üzbəüz mövqelərdən atəş açıb.

Qeyd olunan istiqamətlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM