İnqilab Keşikçiləri ABŞ-a qarşı cavab hücumu həyata keçirib

İnqilab Keşikçiləri ABŞ-a qarşı cavab hücumu həyata keçirib
Yayınlanma tarixi: 6/27/2026 10:02:06 AM

İİKK ABŞ-ın atəşkəsi pozduğunu əsas gətirərək bölgədəki Amerika hərbi hədəflərinə cavab hücumları başlatdığını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın Hörmüz boğazı yaxınlığındakı İran sahillərinə hava hücumları təşkil edərək atəşkəsi pozduğunu və buna cavab olaraq bölgədəki ABŞ hərbi hədəflərinin hədəf alındığını bildirib.

İİKK-nın bəyanatında deyilir ki, İsrailin Livanın cənubunda atəşkəsi pozmasından sonra ABŞ da Hörmüz boğazında "icazəsiz marşrutdan istifadə edən bir gəmi"ni əsas gətirərək İran sahillərinə hava hücumları təşkil edib.

Bəyanatda əlavə edilib: "Bu hücuma cavab olaraq İİKK Hərbi Dəniz Qüvvələri bölgədəki ABŞ terrorçu ordusuna məxsus yerləşdirmə məntəqələrini hədəfə alıb".

İran "İslamabad Sazişi"nin 5-ci maddəsinə əsasən, Hörmüz boğazında tranzit tənzimləmələrinin İranın koordinasiyası altında həyata keçirilməli olduğunu və ABŞ-ın bu öhdəliyi pozmağa cəhd etdiyini qeyd edib.

İİKK-nın bəyanatında həmçinin oxşar hücumların təkrarlanacağı təqdirdə İranın cavabının "daha əhatəli" olacağı barədə xəbərdarlıq edilib.

GÜNÜN MANŞETLERİ

Bazar gününün HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Bazar gününün HAVA PROQNOZU

6/27/2026 1:00:01 PM
İran XİN ABŞ-ın hücumlarına qarşı bəyanat yayıb
REGİON / İRAN

İran XİN ABŞ-ın hücumlarına qarşı bəyanat yayıb

6/27/2026 12:39:13 PM
Venesuelada 50 mindən çox insan itkin düşüb
DÜNYA / MARAQLI

Venesuelada 50 mindən çox insan itkin düşüb

6/27/2026 11:51:21 AM
İsraillə Livan arasında çərçivə sazişi əldə edilib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsraillə Livan arasında çərçivə sazişi əldə edilib

6/27/2026 11:47:49 AM
DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib

6/27/2026 10:19:51 AM