İtaliya İrana edilən hücumlardakı rolunu inkar edib.
İslamazeri.com xəbər verir ki, İtaliyanın Baş naziri Giorgia Meloni ölkəsinin İrana qarşı müharibədə iştirak etmədiyini qəti şəkildə bildirib və İtaliyanın rolunun "yalnız" texniki və lojistik dəstək ilə məhdudlaşdığını iddia edib.
Cümə axşamı günü verdiyi açıqlamada Meloni "onların heç vaxt İrandakı münaqişədə iştirak etmədiklərini, yalnız texniki və lojistik dəstək göstərdiklərini" iddia edib.
Bu arada, NATO-nun baş katibi Mark Rutte çərşənbə günü əməliyyat zamanı yüzlərlə ABŞ təyyarəsinin İtaliyadakı bazalardan havaya qalxdığını və Avropadakı bazalardan havaya qalxan ABŞ təyyarələrinin ümumi sayının 4000 ilə 5000 arasında olduğunu bildirib.
İtaliya müdafiə naziri də Meloninin sözlərini təkrarlayaraq Ruttenin açıqlamasını qətiyyətlə rədd edib. Nazir bildirib ki, İtaliya yalnız texniki və logistik uçuşlara icazə verir və İrana qarşı hücumlarda istifadə edilən ABŞ uçuşlarını heç vaxt təsdiqləməyib.