Əraqçi BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb

Əraqçi BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb
Yayınlanma tarixi: 5/15/2026 12:40:30 PM

Əraqçi BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb.

İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) strukturunda islahatlara çağırıb.

Əraqçi Hindistanın ev sahibliyi etdiyi BRICS üzv dövlətlərinin xarici işlər nazirlərinin görüşünün ikinci günündə çıxış edib.

BMT-nin mövcud strukturunu sərt tənqid edən Əraqçi bildirib ki, "Bu gün dünya struktur qeyri-sabitliyi və dərin etimad böhranı dövründədir. İkinci Dünya Müharibəsindən sonrakı dövrdə hazırlanmış beynəlxalq nizamı idarə edən strukturlar artıq 21-ci əsrin reallıqlarına cavab vermir".

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) strukturunda islahat tələb edən Əraqçi bildirib ki, "Mövcud struktur yenidən nəzərdən keçirilməlidir. BMT Təhlükəsizlik Şurası artıq səmərəsizliyin və balanssızlığın açıq bir simvoludur. Bu şuranın səmərəsizliyinin bariz nümunəsi ABŞ və Sionist rejimi tərəfindən İrana tətbiq edilən müharibə qarşısında susmasıdır. Bu müharibədə qadınlara və uşaqlara sistematik və qəsdən hücumlar edilib. Bu hərəkətlər 1949-cu il Cenevrə Konvensiyalarının açıq şəkildə pozulmasıdır və eyni zamanda müharibə cinayətlərinin və insanlığa qarşı cinayətlərin açıq bir nümunəsidir."

Əraqçi, islahatların BMT-nin mövcudluğunun davam etdirilməsi üçün zəruri olduğunu vurğulayaraq, şuranın bütün bölgələri və qitələri ədalətli şəkildə təmsil etməli olduğunu bildirib.

Əraqçi qlobal təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün Təhlükəsizlik Şurasının yalnız müəyyən bir qrup ölkənin maraqlarına xidmət etməyi dayandırmalı olduğunu vurğulayıb.

Sanksiyaların təbiətinin bu gün dəyişdiyini bildirən Əraqçi deyib: "Bu gün sanksiyalar fundamental insan hüquqlarını məhv edən bir silaha çevrilib."

Nazir Əraqçi birtərəfli sanksiyaları "iqtisadi terrorizm" adlandıraraq, onlara qarşı mübarizənin BRICS-in ən vacib missiyalarından biri olduğunu qeyd edib.

GÜNÜN MANŞETLERİ