Hizbullah rəsmisi: İsrail ilə danışıqlar yaxşı nəticələnməyəcək.
İslamazeri.com xəbər verir ki, Hizbullahın Siyasi Şurasının sədr müavini Mahmud Komati Vaşinqtonda Beyrut və Təl-Əviv rejimi arasında danışıqların yeni mərhələsi ilə bağlı şərh verib.
Əl-Mayadin kanalına danışan Komati deyib: "Livan və işğalçı rejim arasında danışıqların nəticəsi çox müsbət olmayacaq".
Komati vurğulayıb ki, Livan və İsrail arasındakı danışıqlar "danışıqlar" kimi deyil, "ABŞ tərəfindən Livan hökumətinə tətbiq edilən bir əmr" kimi qəbul edilməlidir.
Hizbullahın bu prosesə maraq göstərmədiyini ifadə edən Komati, sözdə danışıqların Livanın suverenliyini qoruyacaq bir nəticəyə gətirib çıxarmayacağını bildirib və əlavə edib: "Müqavimət silahı heç bir şəkildə danışıqlar mövzusu ola bilməz".
Hizbullah rəsmisi İsrailin cənubdakı müqavimət əməliyyatlarından əhəmiyyətli dərəcədə əziyyət çəkdiyini və bunun gələcək tənliklərə təsir edəcəyini bildirib.
Komati yekun olaraq bildirib: "Müqavimət zəif deyil. Biz münaqişədən qaçmaq üçün səbirliyik, amma bu, bu hökumətin addımlarını qəbul etdiyimiz anlamına gəlmir".
Mövcud vəziyyətin "yerində müəyyən edildiyini" qeyd edən Komati, "yerində güc olaraq, tənlikləri təyin edən bizik" dedi.
Hizbullahın Siyasi Şurasının sədr müavini həmçinin İranı "regionda əhəmiyyətli bir güc və dünyada böyük bir dövlət" kimi xarakterizə etdi.