SABAHIN HAVA PROQNOZU

SABAHIN HAVA PROQNOZU
Yayınlanma tarixi: 5/13/2026 3:18:08 PM

SABAHIN HAVA PROQNOZU

İslamazeri.com xəbər verir ki, Bakıda və Abşeron yarımadasında mayın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20°, bəzi yerlərdə 24-26° isti olacaq.

GÜNÜN MANŞETLERİ

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

6/17/2026 12:37:25 PM
Trampdan Netanyahuya: ABŞ olmasaydı, İsrail də olmazdı
DÜNYA / SİYASƏT

Trampdan Netanyahuya: ABŞ olmasaydı, İsrail də olmazdı

6/17/2026 12:24:14 PM
Livanda ölənlərin sayı 4000-ə yaxınlaşıb
DÜNYA / İSLAM DÜNYASI

Livanda ölənlərin sayı 4000-ə yaxınlaşıb

6/17/2026 11:41:10 AM
DYP piyadalara müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

DYP piyadalara müraciət edib

6/17/2026 10:50:01 AM