Bəqaidən ərəbcə mesaj: Qonşunun xəyanəti gizli qalmır
İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi müharibə zamanı ABŞ və sionist rejimin tərəfini tutan bəzi ərəb ölkələrinin mövqeyini tənqid edərək ərəb dilində bir mesaj paylaşdı.
Bəqayinin qısa mesajında deyilirdi: "Qonşunun xəyanəti gizli qalmır".
Bəqayi bu mesajla müharibə zamanı ABŞ və sionist rejimin tərəfini tutan bəzi ərəb ölkələrinin mövqeyini tənqid edib.
Qeyd edə ki, bu yaxınlarda İsrail Baş naziri Netanyahunun BƏƏ-yə səfəri ilə bağlı xəbərlər yayılıb.
BƏƏ hökuməti səfəri təkzib edib, lakin sionist İsrail mediası bu təkzibin BƏƏ rəsmilərinin İrandan qorxmasından qaynaqlandığını iddia edib.
İran xarici işlər naziri Abbas Əraqçi həmçinin bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-İsrail hücumları ilə başlayan müharibə zamanı təcavüzkarlara öz ərazisindən və hava məkanından istifadə etməyə icazə verib və bunun üçün qəti dəlillərə malikdirlər.