Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Yayınlanma tarixi: 6/22/2026 10:06:59 AM

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 22-25 iyun tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

İslamazeri.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.

GÜNÜN MANŞETLERİ