Azərbaycan nefti UCUZLAŞIB - Neft bazarındakı mənbə

Azərbaycan nefti UCUZLAŞIB - Neft bazarındakı mənbə
Yayınlanma tarixi: 6/19/2026 2:00:01 PM

Azərbaycan nefti UCUZLAŞIB.

Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 2,54 ABŞ dolları və ya 3,07% ucuzlaşaraq 80,06 ABŞ dollarına enib.

İslamazeri.com xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,5 dollar və ya 3,11% ucuzlaşaraq 77,88 ABŞ dolları təşkil edib.

“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,77 dollar və ya 5,06% azalaraq 51,95 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,85 dollar və ya 3,55% azalaraq 77,50 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

GÜNÜN MANŞETLERİ

Azərbaycan nefti UCUZLAŞIB - Neft bazarındakı mənbə
ÖLKƏ / İQTİSADİYYAT

Azərbaycan nefti UCUZLAŞIB - Neft bazarındakı mənbə

6/19/2026 2:00:01 PM
Şənbə gününün HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Şənbə gününün HAVA PROQNOZU

6/19/2026 1:38:46 PM
SEPAH: Düşmənlər hər cəhətdən məğlub edildi
REGİON / İRAN

SEPAH: Düşmənlər hər cəhətdən məğlub edildi

6/19/2026 1:38:37 PM