İsrailin dinc əhaliyə qarşı qırğını davam edir.
İsrailin Livana qarşı hərbi təcavüzü və dinc əhaliyə qarşı qırğını davam edir.
İslamazeri.com xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyindən məlumat verib.
Qeyd edilib ki, son sutka ərzində İsrail tərəfindən Livanın cənubu və mərkəzində 47 günahsız livanlı qətlə yetirilib, həmçinin 97 nəfər də yaralanıb.
Ümumilikdə isə 2 martdan bəri İsrail ordusu tərəfindən 3 980 dinc Livan sakini öldürülüb, 12 001 nəfər isə xəsarət alıb. 1 milyona yaxın livanlı isə evlərini tərk etmək məcburiyyətində qalıb.