Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib
Yayınlanma tarixi: 3/9/2026 1:24:57 PM

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bu gündən etibarən bərpa edilib.

İslamazeri.com xəbər verir ki, hazırda aeroportun İranın dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb.

Azərbaycan Prezidenti İlham Əliyev İran tərəfinin hərəkətlərini çirkin terror aktı adlandırıb. Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM