İran ABŞ və İsrailin atəşkəsi pozan hər hansı bir təcavüzünə "dağıdıcı" cavab verəcəyini bildirib.
İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu ABŞ və İsrailin atəşkəsi pozan hər hansı bir təcavüzünə "dağıdıcı" cavab verəcəyini açıqlayıb.
İnqilab Keşikçiləri Korpusu "Ordu Günü" münasibətilə yazılı bir açıqlama yayıb.
ABŞ və İsrailin atəşkəsi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edən açıqlamada bildirilib: "Ordu və İnqilab Keşikçiləri Korpusu düşmənlərin hər hansı bir təcavüzkar və cinayətkar hərəkətlərinə sərt cavab verməyə hazırdır".
Bəyanatda həmçinin qeyd olunur ki, 4 martda ABŞ tərəfindən beynəlxalq sularda batırılan "Dena" gəmisində şəhid olanlar üçün qisas alınacaq.