ABŞ-dan yeni açıqlama: Hörmüz boğazını deyil, İran limanlarını blokadaya aldıq
İslamazeri.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ölkəsinin "hər saniyə genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazır və gözləmə vəziyyətində" olduğunu iddia edib.
Keyn bildirib:
"Bu blokada, mənşəyindən asılı olmayaraq, İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə şamil edilir. ABŞ-ın bu hərəkəti Hörmüz boğazının blokadası deyil, İran limanlarının və sahil xəttinin blokadasıdır."
Keyn bu əməliyyatın İranın ərazi sularında və beynəlxalq sularda baş verəcəyini söyləyərək, "Əgər bu blokadaya əməl etməsəniz, güc tətbiq edəcəyik" deyə hədələyib.
Keyn əlavə edib ki, ABŞ İran neftini daşıyan kölgə donanması da daxil olmaqla, İran bayrağı altında üzən bütün gəmiləri və ya İrana maddi dəstək göstərməyə çalışan hər hansı gəmini "Sakit okean təsir dairəsi kimi digər məsuliyyət sahələrində" izləyəcək.
Keyn həmçinin qeyd edib ki, bu səhər etibarilə CENTCOM heç bir gəmini ələ keçirməyib.