Livan və İsrail arasında 10 günlük atəşkəs elan edilib.
İslamazeri.com xəbər verir ki, Livan və İsrail arasında 10 günlük atəşkəs elan edilib.
ABŞ Prezidenti Donald Tramp elan edib: “Mən indicə Livan Prezidenti cənab Cozef Aun və İsrailin Baş naziri cənab Netanyahu ilə çox yaxşı söhbətlər etdim. Bu iki lider ölkələri arasında sülh yaratmaq üçün saat 17:00-da (ABŞ Şərq Vaxtı ilə) başlayan 10 günlük atəşkəs barədə razılığa gəliblər”.
Tramp əlavə edib: “Mən Baş nazir Netanyahunu və Livan Prezidenti Cozef Aunu 1983-cü ildən bəri İsrail və Livan arasında ilk mənalı danışıqlar üçün Ağ Evə dəvət edəcəyəm; bu, çox uzun müddətdir. Hər iki tərəf sülh görmək istəyir və inanıram ki, bu, tezliklə baş verəcək”.