NATO ölkələri Hörmüz boğazının blokadasına qoşulmağı rədd edib
İslamazeri.com xəbər verir ki, bəzi NATO-ya üzv Avropa ölkələri İranla danışıqların uğursuzluğundan sonra ABŞ prezidenti Donald Trampın elan etdiyi Hörmüz boğazının blokadasında iştirak etməyəcəklərini açıqlayıblar.
Müttəfiq ölkələr bölgədə dəniz təhlükəsizliyinin təmin edilməsi səylərini dəstəkləməyə hazır olduqlarını bildirsələr də, Vaşinqtonun başlatdığı blokada əməliyyatından kənarda qalacaqlarını vurğulayıblar.
Adı çəkilməyən yüksək vəzifəli ABŞ rəsmisinin The Wall Street Journal (WSJ) qəzetinə verdiyi məlumata görə, bazar ertəsi günü rəsmi olaraq başlayan blokadanın bir hissəsi olaraq Hörmüz boğazında və ətrafında 15-dən çox ABŞ hərbi gəmisi yerləşdirilib. Prezident Tramp bazar günü sosial mediada paylaşım edərək bildirib ki, "Digər ölkələr də bu blokadaya qoşulacaqlar".