Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir
Yayınlanma tarixi: 5/17/2023 12:43:24 PM

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, təlim çərçivəsində Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov toplanışın keçirildiyi hərbi hissəni ziyarət edib, çağırışçıların qayğıları ilə maraqlanıb.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə görüşən polkovnik E.Əbilov təlim toplanışının əhəmiyyətindən danışıb.

Bildirilib ki, hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini unutmamalı, istənilən döyüş şəraitinə mənəvi-psixoloji hazırlıqlı olmalıdırlar.

Görüşdə, həmçinin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM