Nanotexnologiya sahəsində mühüm irəliləyiş əldə olunub
İslamazeri.com xəbər verir ki, ABŞ-ın Pennsylvania və Michigan universitetlərindən olan mühəndislər tam proqramlaşdırıla bilən və müstəqil şəkildə fəaliyyət göstərən dünyanın ən kiçik mikroskobik robotlarını hazırlayıblar.
Ölçüləri duz dənəsindən də kiçik olan bu robotlar hərəkət edə, ətraf mühiti algılayaraq sadə hesablamalar apara bilir.
Mexaniki hissələrə malik olmayan robotlar, elektrik sahələri vasitəsilə ətrafdakı mayedə ionları yönləndirərək hərəkət edir. Ultra az enerji sərf edən mikrokompüter və günəş panelləri ilə təchiz olunan sistemlər aylarla fasiləsiz işləyə bilir. Topladıqları məlumatı isə birbaşa siqnal deyil, hərəkət və vibrasiya vasitəsilə ötürürlər.
Tədqiqatçılar bu texnologiyanın gələcəkdə tibb, ətraf mühitin monitorinqi və mikro miqyaslı sənaye tətbiqlərində geniş imkanlar açacağını bildirirlər.