Livan Səhiyyə Nazirliyi, sionist İsrail pilotsuz təyyarəsinin Livanın şərqində bir mikroavtobusu hədəf alması nəticəsində iki nəfərin şəhid olduğunu açıqladı. Bu hücum bir daha İsrailin 2024-cü ilin noyabr ayında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq Livan ərazisini pozmasının davam etdiyini göstərir.
İslamazeri.com xəbər verir ki, Livanın rəsmi agentliyi NNA hücumun Hermel bölgəsində mülki nəqliyyat vasitəsini hədəf aldığını, İsrail ordusu isə hücumu haqlı çıxarmaq üçün hədəfə alınan şəxsin İran İnqilab Keşikçiləri ilə əlaqəli olduğunu iddia etdi. Lakin Livan hakimiyyəti hadisənin mülki itkilərə səbəb olduğunu vurğuladı.
Eyni gün soyqırım törədən İsrail pilotsuz təyyarələrinin və döyüş təyyarələrinin Livanın cənubu və şərqi üzərində intensiv uçuşlar həyata keçirdiyi, digər ərazilərdəki nəqliyyat vasitələrini də hədəf aldığı bildirildi. Bu hücumlarda ən azı bir nəfərin yaralandığı bildirildi.
Ekspertlər və Livan rəsmiləri İsrailin davam edən hava hücumlarının atəşkəsi faktiki olaraq ləğv etdiyini və regional gərginliyi artırdığını, işğalçı İsrail qüvvələrinin atəşkəs çərçivəsində geri çəkilməli olduqları cənubi Livan ərazilərində davam edən hərbi mövcudluğunun isə tənqidin mərkəzində olduğunu bildirir.