Rusiya öz vətəndaşlarını Almaniyaya səfər etməməyə çağırıb - SƏBƏB

Rusiya öz vətəndaşlarını Almaniyaya səfər etməməyə çağırıb - SƏBƏB
Yayınlanma tarixi: 12/26/2025 12:11:58 PM

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun Venesuelanı sabitlikdən çıxarmağa yönəlmiş addımlarını pisləyərək ABŞ-dən dəniz quldurluğu və quldurluq kimi qiymətləndirilən hərəkətləri dayandırmağı tələb edib.

İslamazeri.com xəbər verir ki, o, bildirib: Bu gün biz sözün əsl mənasında Karib dənizində anarxiyanın şahidi oluruq. Elə bir məkanda ki, başqalarının əmlakının qanunsuz ələ keçirilməsi – yəni dəniz quldurluğu, hücum və quldurluq kimi, artıq unudulduğu güman edilən üsullar yenidən dirçəlib.

Zaxarova mətbuat brifinqinin digər hissəsində Almaniya sərhədində Rusiya vətəndaşlarının hüquqlarının çoxsaylı pozulması hallarına toxunaraq deyib: Biz vətəndaşlarımızı tam zəruri hallar istisna olmaqla Almaniyaya səfər etməkdən ciddi şəkildə çəkinməyə çağırırıq.

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM