Qərb ölkələrinin İslam Respublikasına qarşı təzyiqinin əsl səbəbi onun elmi-texniki inkişafının qarşısını almaqdır.
İslamazeri.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (İAET) başçısı Məhəmməd İslami nüvə tibbi mütəxəssislərinin konfransında çıxış edərkən bəyan edib.
O deyib ki, nüvə texnologiyaları elmin lokomotividir və bu sahə üstünlük əldə etməyin alətidir, lakin bir sıra dövlətlər bu sahəni öz monopoliyalarında saxlamağa çalışırlar.
“Onların bizimlə olan problemi budur ki, biz bu sahədəki meydana daxil olduq və bu səviyyəyə gəlib çatdıq”, – deyə İslami qeyd edib.
İAET baçısı bildirib ki, İran öz gənclərinin zəhməti ilə uğurlar əldə edib, nüvə sahəsindəki strateji istiqamət isə İslam İnqilabının Ali lideri Ayətullah Xamenei tərəfindən təyin edilir.
“Hökumətlər müxtəlif siyasətlərlə gəlib gedirlər, lakin (nüvə texnologiyalarının inkişafı ilə bağlı) bu məqsəd təyinatı dəyişilməz olaraq qalır”, – deyə o əlavə edib.
BMT Təhlükəsizlik Şurasının (TŞ) bu yaxınlarda keçirilmiş iclasını və Avropa “üçlüyünün” bəyanatını şərh edən İslami ölkəsinin rəqiblərinin ikiüzlü olduğu vurğulayıb. Onun sözlərinə görə, son hərbi münaqişələr və onun ardınca baş verən hadisələr üzlərdəki maskaları aradan apardı:
“Əgər 3 Avropa ölkəsinin nümayəndələrinin TŞ-dəki çıxışlarını diqqətlə təhlil etsək, aydın olur ki, məsələ atom bombası deyil, məsələ İranın tərəqqisini dayandırmaqdır”, – deyə o bildirib.
İranlı rəsmi deyib ki, əgər son hadisələr baş verməsə idi, dünya, bəlkə də, İrana qarşı aparılan propaqandaya hələ də inanırdı, lakin artıq aydın olub ki, Qərb nüvə sənayesi məsələsini sadədə olacaq uyğun bəhanə kimi istifadə edir.