Baş nazir ərzaq və dərmanların qiymətinin artmasının səbəbini açıqlayıb

Baş nazir ərzaq və dərmanların qiymətinin artmasının səbəbini açıqlayıb
Yayınlanma tarixi: 9.12.2022 12:02:03

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

“Bir sıra millət vəkilləri tərəfindən istehlak bazarında ərzaq qiymətlərində və dərman qiymətlərinin artımından narahatlıq ifadə edilib”.

İslamazeri.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, qlobal istehsal-təchizat zəncirində qırılmalar dünya ərzaq qiymətlərinin bahalaşmasına, əksər ölkələrdə inflyasiyasının iki rəqəmli olmasına səbəb olub: “Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzədir. Qlobal vəziyyətin necə olacağını təxmin etmək çətindir. Yalnız bu aydındır ki, dünya fevraldan öncə olduğu vəziyyətdə olmayacaq. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. İnflyasiya ölkəmizdə əsasən ərzağın təxminən 60 faiz bahalaşmasına səbəb olub: “Azərbaycan dərman məhsullarının 95 %-dən çoxunu idxal edir. Almaniya, Birləşmiş Krallıq, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən idxal olunur. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi müvafiq qaydalara uyğun olaraq Tarif Şurası tərəfindən həyata keçirilir. Şura Tərəfindən son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub, bu da ümumi dərmanların cəmi 2 %-dir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi. Hazırda Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur”.

GÜNÜN MANŞETLERİ

Qəlb necə daşlaşır?
DİN

Qəlb necə daşlaşır?

1.02.2023 18:31:25
Son sutkadakı yoluxma sayı açıqlandı
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlandı

1.02.2023 16:38:17