Livan İslam Müqavimətindən İsrailin hərbi infrastrukturuna ZƏRBƏ

Livan İslam Müqavimətindən İsrailin hərbi infrastrukturuna ZƏRBƏ
Yayınlanma tarixi: 4/10/2026 10:29:10 AM

Livan İslam Müqavimətindən İsrailin hərbi infrastrukturuna ZƏRBƏ...

İslamazeri.com xəbər verir ki, Hizbullah Hayfa şəhərində İsrail hərbi infrastrukturuna yüksək dəqiqlikli raketlərlə hücum etdiyini açıqlayıb.

Hizbullahın mətbuat xidmətindən verilən açıqlamada təşkilatın Hayfa şəhərində İsrail hərbi infrastrukturuna yüksək dəqiqlikli raketlərlə hücum etdiyi bildirilib.

Bəyanatda deyilir: "İslam müqavimət döyüşçüləri cümə axşamı saat 23:00-da Hayfa şəhərində işğal olunmuş ərazilərdə İsrail ordusunun infrastrukturunu hədəfə alıblar".

Həmçinin, cümə axşamı günü İsrailə qarşı ümumilikdə 41 hərbi əməliyyatın həyata keçirildiyi və bu əməliyyatların İsrailin Livana hücumları bitənə qədər davam edəcəyi bildirilib.

GÜNÜN MANŞETLERİ