Netanyahuya qarşı israillilərdən etiraz: Yalançı, boşboğaz

Netanyahuya qarşı israillilərdən etiraz: Yalançı, boşboğaz
Yayınlanma tarixi: 4/7/2026 11:20:01 AM

Aprelin 5-i yayımlanan videoda İsrailin baş naziri Benyamin Netanyahunun “şimalı itirdiyimizi deyənləri” tənqid edib, onları “sağlam düşüncəni itirməkdə və demoralizasiya yaymaqda” günahlandırıb.

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, video Kiryat-Şmona bələdiyyəsinin rəsmi Facebook səhifəsində paylaşıldıqdan sonra Kiryat-Şmona və Qalileya sakinləri kəskin narazılıq bildiriblər. Onlar baş nazirin siyasətini, xüsusilə şimal sərhədi və Hizbullah ilə bağlı mövqeyini tənqid ediblər.

Şərhlərdə Netanyahunu “şəhərin düşməni”, “yalançı”, “boşboğaz” adlandıran sakinlər onu bölgədə yaşamağa dəvət edərək vəziyyəti yerində görməyə çağırıblar.

Videoda baş nazir İsrail ordusunun fəaliyyətini yüksək qiymətləndirib, əməliyyatlar zamanı bir milyona yaxın livanlının evlərini tərk etdiyini qeyd edib və şimal bölgələrinə böyük maliyyə yardımı ayrıldığını bildirib. O, hökuməti tənqid edənləri ölkəni zəiflətməkdə və xarici təbliğatı təkrarlamaqda ittiham edib.

Buna cavab olaraq yüzlərlə sakin onun çıxışını sərt şəkildə rədd edib, etimadlarını itirdiklərini və şimal bölgəsinin uzun müddətdir təhlükə altında qaldığını bildiriblər.

Etirazlar arasında hətta Likud tərəfdarları da yer alıb.

Şəhər sakinləri həmçinin 2014-cü ildə Netanyahuna verilmiş “fəxri vətəndaş” adının ləğvini tələb edirlər. O zaman baş nazir bölgənin təhlükəsizliyini təmin edəcəyini, ölkəni şimaldan cənuba birləşdirəcək nəqliyyat layihələri həyata keçirəcəyini və Qalileyadə universitet yaradılacağını vəd etmişdi.

Sakinlərin sözlərinə görə, bu vədlərin əksəriyyəti yerinə yetirilməyib və region hələ də təhlükəsizlik problemləri ilə üz-üzədir.

Sakinlər yazır:

"Gəl, bir həftə burada yaşa, görək necə dözürsən. Səsinə və vədlərinə artıq inam qalmayıb." — Aviram Siso (Likud seçicisi) deyə bildirib.

David Alfasi deyib: "Bibi, öz yalan sözlərinə inanmağa davam et. Get və açarları təhvil ver, sənə inanmaq artıq qeyri-mümkündür. Sən şimalı bir qab mərci şorbasına satırsan."

 

Gefen Zaxariya "Nə qədər boş sözlər! Səni eyvanımda bir fincan kofeyə dəvət edirəm – ümid edirəm ki, kofe siren və partlayış səsləri altında soyumamış onu içməyə çatdırarsan. Bizə kim cavab verəcək? Uşaqlarımızın və bizim ruhumuzu sağaltmağa kim kömək edəcək? Bütöv bir şəhər uzunmüddətli travma vəziyyətindədir.", deyə qeyd edib.

Xana Partuk belə yazıb: "Qoy sənin uşaqların sərhəddə otursunlar və canlı sipər olsunlar – onda deyərsən ki, şimal möhkəmləndirilib. Bizi yenidən atəş xəttinə qaytardın, halbuki təhlükə altında qalmağa davam edəcəyimizi bilirdin. Bizi axmaq yerinə qoymağı dayandır. Bəsdir!"

Yehudit Ben-Şitrit (Likudun yerli şöbəsinin keçmiş rəhbərinin ailə üzvü):

"Boş söhbətlər?! Sən şimal bölgəsini məhv etdin, sakinləri müdafiəsiz və bərpa plansız qoydun. Sakinlər isə seçki kampaniyası naminə top yeminə çevrildilər. Bizi boş vədlərlə 60-cı illərə qaytardınız. Kiryat-Şmonanın sənin onunla fəxr etməyinə ehtiyacı yoxdur, onun ehtiyaclarının qayğısına qalmaq lazımdır. Siz şimaldan qopmusunuz."

Adi Partuk adlı sakin belə yazır: 

"Nəhayət, o etiraf edir ki, onun dövründə Hizbullah istənilən an Kiryat-Şmonanı ələ keçirməyə hazır olan Raduan qüvvələri ilə sərhəddə oturub. Və təkcə bu deyil – o, Hizbullaha şimala və mərkəzə yönəlmiş 150 min raketlə silahlanmağa şərait yaradıb."

GÜNÜN MANŞETLERİ