İran ordusu: ABŞ ilə uzunmüddətli müharibəyə hazırıq

İran ordusu: ABŞ ilə uzunmüddətli müharibəyə hazırıq
Yayınlanma tarixi: 4/9/2026 1:37:58 PM

İran ordusu: ABŞ ilə uzunmüddətli müharibəyə hazırıq

İran ordusunun sözçüsü ABŞ ilə atəşkəs razılaşması əldə edilməsə, uzunmüddətli müharibəyə hazır olduqlarını bildirib.

İslamazeri.com xəbər verir ki, İran ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki, ABŞ və İran arasında atəşkəs danışıqları uğursuz olarsa, İran ordusu "uzunmüddətli müharibəyə hazırdır".

İran dövlət televiziyasına danışan Əkrəminiya deyib:

"İran qətiyyətli mövqeyi ilə düşməni atəşkəsi qəbul etməyə məcbur edib. Danışıqların əsası və diqqət mərkəzi İranın şərtləridir. Ümid edirik ki, danışıqlar uğurlu olacaq, amma uğursuz olarsa, biz də uzunmüddətli müharibəyə hazırıq".

ABŞ və İran arasında 2015-ci ildə imzalanmış nüvə sazişinə toxunan sözçü əlavə edib: "Düşmən nüvə sazişi prosesində etibarlı olmadığını göstərib. Əvvəlki iki danışıqlar raundunda da eyni münasibəti nümayiş etdirib. Gözümüz düşməndə, barmağımız tətikdədir".

Parlamentin Hörmüz boğazından keçid üçün rüsum tətbiq etmək üçün hazırladığı qanun layihəsinə toxunan Ekreminiya, "Parlamentin qərarı ilə Hörmüz boğazına nəzarəti ələ keçirmək, bu müharibədə İrana iqtisadi fayda verəcək bir qazanc olacaq" dedi.

GÜNÜN MANŞETLERİ

Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

4/9/2026 12:59:28 PM
Livanda xəstəxanalar cəsəd və çoxsaylı bədən hissələri ilə dolub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda xəstəxanalar cəsəd və çoxsaylı bədən hissələri ilə dolub

4/9/2026 12:29:01 PM