İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Yayınlanma tarixi: 4/9/2026 1:02:39 PM

İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçini qəbul edib.

İslamazeri.com xəbər verir ki, qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Mustafa Çiftçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırdı.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulandı, bütün istiqamətlər üzrə əlaqələrin genişləndiyi bildirildi.

Ölkələrimizin müvafiq qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd edildi, bu xüsusda Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirliklərinin də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulandı.

GÜNÜN MANŞETLERİ

Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

4/9/2026 12:59:28 PM
Livanda xəstəxanalar cəsəd və çoxsaylı bədən hissələri ilə dolub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda xəstəxanalar cəsəd və çoxsaylı bədən hissələri ilə dolub

4/9/2026 12:29:01 PM