Azərbaycan XİN: Hərbi eskalasiya dərin narahatlıq doğurur

Azərbaycan XİN: Hərbi eskalasiya dərin narahatlıq doğurur
Yayınlanma tarixi: 2/28/2026 11:07:01 PM

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb

İslamazeri.com xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

 

"Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur. 


Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq.


Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq."

GÜNÜN MANŞETLERİ