XI siniflər üçün buraxılış imtahanlarının vaxtı bilinib

XI siniflər üçün buraxılış imtahanlarının vaxtı bilinib
Yayınlanma tarixi: 14.12.2022 12:42:23

2023-cü ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 martda keçiriləcək.

2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarının vaxtı açıqlanıb.

DİM-dən "İslamazeri.com"a verilən xəbərə görə, 2023-cü ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 martda keçiriləcək.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 9, 16 və 30 aprel tarixlərində keçiriləcək.

GÜNÜN MANŞETLERİ