Telekanal Türkiyənin İstanbul Halkalı bölgəsində şiələrin sıxlıq təşkil etdiyi Zeynəbiyyədə fəaliyyət göstərəcək
İslamazeri.com xəbər verir ki, Türkiyənin İstanbul Halkalı bölgəsində şiələrin sıxlıq təşkil etdiyi Zeynəbiyyədə fəaliyyət göstərən eyni adlı Hərəkat Kanal12-ni satın alıb.
Məlumata görə, telekanal artıq Zeynəbiyyə Hərəkatına bağlı olacaq və Zeynəbiyə Məscid Kompleksdə fəaliyyət göstərəcək.
Telekanalın dini, ictimai və xəbər yöndə fəaliyyət göstərəcəyi qeyd olunur.
Türkiyə şiələrinin lideri Səlahəddin Özgündüz bu gün təbrik mesajı yayaraq deyib:
"Gözünüz aydın Türkiyəm, nəcib millətim, Əhlibeyt aşiqi Azərbaycanım, Balkanlardan, Orta Ssiyaya, Kərkükdən Krıma bütün Türk dünyası!
Artıq Allahın iznilə var gücü ilə yalan, iftira, təfriqə və fitnədən uzaq, haqqın və haqlının yanında olacaq bir TV kanalımız var.
Gözün aydın Zeynəbiyyəm!"