Rusiya: İranın Hörmüz boğazından tranziti məhdudlaşdırmaq hüququ var

Rusiya: İranın Hörmüz boğazından tranziti məhdudlaşdırmaq hüququ var
Yayınlanma tarixi: 4/28/2026 1:44:08 PM

Rusiya: İranın Hörmüz boğazından tranziti məhdudlaşdırmaq hüququ var.

İslamazeri.com xəbər verir ki ,Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya, İranın təhlükəsizlik səbəbləri ilə Hörmüz boğazından keçidi məhdudlaşdırmaq hüququna malik olduğunu qeyd edib.

Təhlükəsizlik Şurasının iclasında Nebenzya Qərb ölkələrini ikiüzlülükdə günahlandırıb və İranın Hörmüz boğazından keçidi məhdudlaşdırmaq hüququna malik olduğunu bildirib.

Nebenzya bəzi tərəflərin Hörmüz boğazından keçidə qoyulan məhdudiyyətlərə görə bütün günahı İranın üzərinə atmağa çalışdığını qeyd edərək deyib: "Sanki İran qonşularına hücum edir və boğazdan keçidi qəsdən maneə törədirmiş kimi bir mənzərə çəkilir".

Rusiyalı diplomat müharibə dövründə hücuma məruz qalan sahil dövlətinin təhlükəsizliyini təmin etmək üçün ərazi sularında keçidi məhdudlaşdıra biləcəyini bildirib.

Nebenzya həmçinin Qərb ölkələrini sərt tənqid edərək onların hərəkətlərini piratçılığa bənzətdi. O, həmçinin Ukraynanın Aralıq dənizində Rusiya ilə əlaqəli neft tankerlərinə uzun mənzilli hava və dəniz dronlarından istifadə edərək hücumlarını və Avropanın Qara dənizdə Rusiya ticarət gəmilərinə hücumları dəstəkləməsini qınadı.

Rusiyanın BMT nümayəndəsi bildirib ki, “Quldurlar gəmilərində qara bayraqlar dalğalandırarkən, Qərb ölkələri qanunsuz hərəkətlərini birtərəfli məcburi tədbirlər adı altında gizlətməyə çalışırlar”.

Nebenzya daha sonra iddia edib ki, bu, əslində Avropa Birliyinin dənizdə açıq-aşkar talançılıqda iştirakını gizlətmək üçün istifadə edilən bir örtükdür.

Bu ayın əvvəlində Rusiya və Çin Hörmüz boğazı üzərində İranın nəzarətinin ləğvini tələb edən Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyublar.

GÜNÜN MANŞETLERİ

İmam Hüseyn (ə) zərihi gül-çiçəklə bəzədildi - FOTO
DÜNYA / İSLAM DÜNYASI

İmam Hüseyn (ə) zərihi gül-çiçəklə bəzədildi - FOTO

4/28/2026 5:13:30 PM
İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub

4/28/2026 4:50:02 PM
Bakıda güclü külək səbəbindən 34 ağac aşıb
ÖLKƏ / HADİSƏ

Bakıda güclü külək səbəbindən 34 ağac aşıb

4/28/2026 3:27:37 PM